Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Teatrında “Skapenin kələkləri” tamaşasının premyerası keçirilib

Yanvarın 13-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında fransız dramatuq Molyerin eyniadlı əsəri əsasında səhnələşdirilən “Skapenin kələkləri” tamaşasının premyerası keçirilib. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mir Qabil Əkbərov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovdur.

Tamaşada oyunun baş qəhrəmanı fırıldaqçı və hiyləgər Skapen yalan və hiylə ilə həyatında daim hamını qabaqlamağa çalışmasından bəhs edir. Skapen çox lovğa, təkəbbürlü, özünü bəyənən biridir və bacara bilməyəcəyi heç bir işin olmadığını düşünür. Amma eyni zamanda çox hiyləgər və diplomasiya üzərində çox istedadlıdır. 

Səhnə əsərində rolları Azərbaycan Respublikasının Xalq artisti Rövşən Hüseynov,  Əməkdar artist Əbülfəz İmanov, aktyorlar Cəbrayıl Nəbiyev, Məmməd Mehdiyev, Uğur Nəsirli, Ləman Vəliyeva, Səkinə Məmmədova, Ələsgər Quliyev, Şölə Alışova və Nurlan Sultanlı ifa edirlər. Tamaşanın rejissor assistenti Mehri Nəbiyevadır. 

Tamaşanı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi, Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirin müavini Həsən Seyidov və digər ictimaiyyət nümayəndələri izləyiblər.

Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.