
Fevralın 5-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının Bədii Şurasının yeni tərkibdə ilk iclası keçirilib. Əvvəlcə Bədii Şuranın sədri, Naxçıvan Teatrının direktoru, Xalq artisti Rza Xudiyev Şuraya yeni qəbul edilən üzvlər haqqında məlumat verib. Sonra 2024-cü ildə hazırlanacaq tamaşalarla bağlı geniş müzakirələr aparılıb. Qeyd olunub ki, bu il Naxçıvan Teatrının səhnəsində 4 səhnə əsərinin nümayişi nəzərdə tutulub. Bunlar Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş H. Eyvazlının "Araz sahilində doğan günəş", həmçinin C. Məmmədquluzadənin "Ölülər", Ə. Əmirlinin "Xeyir xəbər" və Q. Qorinin "Herostratı unudun" pyesidir. Eyni zamanda teatrın yaradıcı heyəti tərəfindən plandankənar tamaşaların da nümayişi nəzərdə tutulub.
Sonra rejissorlar səhnə əsərləri ilə bağlı geniş məlumat veriblər.
Naxçıvan Muxtar Respublikasının
Mədəniyyət Nazirliyinin mətbuat xidməti
05.02.2024