Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan teatrının 142-ci mövsümünün açılış mərasimi keçirilib

Sentyabrın 20-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli  Dram Teatrında Naxçıvan teatrının 142-ci mövsümünün açılış mərasimi keçirilib. Mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidov Naxçıvan teatrının keçdiyi inkişaf yolundan, ölkəmizdə teatrın inkişafına göstərilən dövlət qayğısında danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi çərcivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun olaraq Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında eyniadlı tamaşa hazırlayıb. 
Ölkə baçşısının  “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası ilə bağlı Naxçıvan Dövlət Milli Dram Teatrında “Təməl”, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Sınaq” teatr-studiyasının yaradıldığını diqqətə çatdıran Həsən Seyidov yeni mövsümdə qarşıya qoyulan məqsədlərdən də danışıb. 
      Tədbirin bədii hissəsində Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Mirqabil Əkbərov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Səməd Canbaxşıyev rejissor,Azər Cəfərli isə musiqi tərtibatçısıdır. Tamaşanın Quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovdur. Tamaşada Xalq artistləri - Rza Xudiyev, Yasəmən Ramazanova, Həsən Ağasoy, Əməkdar artistlər – Səməd Canbaxşıyev, Günay Qurbanova, Bəhruz Haxverdiyev və Əbülfəz İmanovla yanaşı Uğur Nəsirli,  Məmməd Mehdiyev, Nurlan Sultanlı,Ləman Vəliyeva, Zakir Fətəliyev, Nəsimi Məmmədzadə, Ələsgər Quliyev, Cəbrayıl Nəbiyev, Anar Eyvazov, Saynur Babayev  və digər aktyorlar rol alıb. 
       Qeyd edək ki,  “Ölülər” adlı tamaşa Cəlil Məmmədquluzadənin anadan olmasının 155 illiyinə həsr olunub.
Sonda tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb.