
Sentyabrın 23-dən 29-na qədər keçirilən festivalda Naxçıvan Teatrının kollektivi Mirqabil Əkbərovun quruluşunda Viktor Hüqonun "Edama məhkumun son günü " tamaşasını izləyicilərə təqdim edəcək.
Festivalın ilk günündə kollektiv Dənizli şəhərinin mərkəzi küçəsində təşkil edilən teatrların yürüşündə iştirak edib. Sonra Dənizli Böyük şəhər Bələdiyyəsinin sədri Bülent Nuri Çavuşoğlu qonaqlara xoş gəldin edib. Meydanda çıxış edərək hər bir iştirakçı kollektivi salamlayıb və uğurlar diləyib. Hər teatrdan bir neçə nəfəri qəbul edərək onlarla görüşüb. Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini Səməd Canbaxşiyev bələdiyyə sədrinə və qonaqlara Naxçıvan Teatrı haqqında geniş məlumat verib. Eyni zamanda bu il Naxçıvan Muxtar Respublikasının 100 illiyinin qeyd olunduğunu diqqətə çatdırıb. Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrdən danışıb.
Sonda Səməd Canbaxşıyev Bülənt Nuri Çavuşoğluna "Naxçıvan Teatrının salnaməsi. 1883-2008" kitabını kollektiv adından təqdim edib.