Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvanda Açıq kitabxana yaradılacaq

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və “Azercell Telekom” MMC əməkdaşları ilə birlikdə üçtərəfli onlayn görüş keçirilib.

Görüşdə muxtar respublikada Açıq kitabxana layihəsinin yaradılması istiqamətində müzakirələr aparılıb.
Qeyd olunub ki, layihənin ilkin olaraq ölkədə üç yerdə - Bakı şəhərində, Naxçıvanda və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilməsi nəzərdə tutulub. Bunun üçün ilkin olaraq köşklər qurulacaq və burada çap məhsulları yerləşdiriləcək. Yaradılan köşklərdə  “Azercell” tərəfindən göstəriləcək Bookmate  xidməti vasitəsilə oxucular milli və dünya ədəbiyyatı şedevrlərini EPUB (Electronic Publication) formatında oxuya, eyni zamanda audio kitabları dinləyə biləcəklər.

“Açıq kitabxana” da “Uşaq guşəsi”, “Dövri mətbuat bölməsi”, “Açıq rəf”, “Milli musiqi guşəsi”, “azad wi-fi zonası”, “Kitabı kitaba dəyişmək guşəsi” və Milli Kitabxananın elektron kataloquna və kitabxanasına giriş oxucuların istifadəsinə veriləcəkdir.
Köşklərdə mövcud olan kitablar zamanla kitabsevərlərə hədiyyə olunacaq və yeni kitablarla zənginləşdiriləcək. Kitabların oxunması ilə yanaşı müxtəlif əyləncəli tədbirlərin keçirilməsidə nəzərdə tutulur.

Görüşdə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Seyidov, dövlət-özəl tərəfdaşlığına diqqət çəkərək layihənin əhəmiyyətini vurğulamış, bu layihənin həyata keçirilməsinin kitaba marağın artırılmasına, mütaliə mədəniyyətinin yüksəldilməsinə, gənclərin intellektual səviyyəsinin artırılmasına xidmət edəcəyini qeyd etmişdir.