Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvanda akademik Zərifə Əliyevanın 102 illiyinə həsr olunmuş konsert keçirilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 102 – ci ildönümü ilə əlaqədar olaraq konsert təşkil olunub.
Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri və xor kollektivinin Heydər Əliyev Sarayında keçirilən konsertində Azərbaycan Respublikasının Əməkdar artisti Vilayət İsmayılov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri - Ruhiyyə Hüseynova, Azər Cəfərli, Elçin Nağıyev, Prezident mükafatçıları Nərmin Hüseynova, İsrafil Qibləliyev, İlkin Abdullayev və Bəhruz Quliyev “Yenə o bağ olaydı”, “Ana” , “Arzular”, “Məşəl kimi yanan ürək”, “Olaydım mən” , “Qurban adına” “Həkim qız” mahnılarını ifa ediblər.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, Nazirliyə tabe olan müəssisələrin əməkdaşları və şəhər ictimaiyyətinin izlədiyi konsert proqramı alqışlarla qarşılanıb.