Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvanda dövlət filarmoniyaları üçün musiqi aləti və texniki avadanlıqların satın alınmasına başlanılıb

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda mədəniyyətin inkişafı ilə bağlı qarşıya qoyulan tələblər uğurla icra olunur.  Belə ki, bu ilin yanvar ayından başlayaraq Nazirliyin və tabeli  müəssisələrin maddi-texniki təminatının gücləndirilməsinə, musiqi alətləri və texniki avadanlıqların satın alınmasına başlanılıb. Naxçıvan Dövlət Filarmoniyasına və Naxçıvan Dövlət Uşaq Filarmoniyasına ehtiyac olan musiqi aləti və texniki avadanlıqların satın alınması, yerində quraşdırılması və sazlanmasi üzrə elan olunmuş açıq tenderin yekununa görə  musiqi aləti və texniki avadanlıqların təxminən 8 faizi alınıb.

  Eyni zamanda, Nazirliyin tabeliyindəki mədəniyyət müəssisələrinə lazım olan kompüter və avadanlıqların satınalınması ilə əlaqədar  “etender.gov.az” portalı vasitəsilə elan olunmuş açıq tenderin yekununa görə  kompüter və avadanlıqların hamısı alınaraq aidiyyatı üzrə bölüşdürülüb.