Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvanda ilk dəfə olaraq Autizmli Uşaqlara Dəstək İctimai Birliyi yaradılıb.

Naxçıvan Dövlət Uşaq Teatrında keçirilən tədbirin açılışında Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Bu, tədbirə xüsusi bir mənəvi dəyər qatmış və ölkəmizin milli birlik və həmrəylik ruhunu bir daha vurğulamışdır.
Bu təşəbbüs, cəmiyyətdə autizm spektr pozuntusu olan uşaqların hüquqlarının qorunması və onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi baxımından mühüm addımdır.
Tədbirdə çıxış edənlər bildiriblər ki, belə bir təşəbbüsün Muxtar Respublikada sosial həmrəyliyi və inklüzivlik prinsipini gücləndirəcəyini, bu cür birliklərin autizmli uşaqlar və onların ailələri üçün sosial dəstəyin gücləndirilməsində mühüm rol oynadığını qeyd etmiş, dövlətin və cəmiyyətin bu mövzuda davamlı səylərinin vacibliyini xüsusi vurğulamışlar.
Çıxışlardan sonra Naxçıvan Dövlət Uşaq Teatrının kollektivi tərəfindən autizmli uşaqların həyatını əks etdirən səhnəcik təqdim edilib.
Sonra Naxçıvan şəhər Uşaq,Musiqi,İncəsənət və Bədii Sənətkarlıq məktəbinin şagirdlərindən ibarət rəqs və xor kollektivi müxtəlif musiqi nömrələri ilə çıxış edib.