Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvanda ilk müstəqil teatr fəaliyyətə başlayıb

Naxçıvanda “Yeni era” adlı müstəqil uşaq və gənclər teatrı yaradılıb. Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Səyyad Məmmədovun təşəbbüsü ilə yaradılan yeni teatr uşaq və yeniyetmələr üçün rəngarəng tamaşalar hazırlamaqla onların zövq və dünyagörüşünü daha da zənginləşdirmək, yeni teatr forma və metodlarını tətbiq etmək missiyasını öz üzərinə götürüb. Yeni kollektivin tərkibində aktyor truppası, rejissor və rəssamlardan ibarət heyət də formalaşdırılıb.

Teatrın kollektivi interaktiv uşaq tamaşaları, şou-tamaşalar və monotamaşalardan ibarət repertuar planı da qurub. Daha çox xalq nağılları və uşaqların sevdiyi çizgi filmlərinin səhnəyə gətirilməsi nəzərdə tutulur.

Artıq bir neçə səhnə həllini təqdim edən heyət bu günlərdə uşaqlar üçün “Animation Show” tamaşasını, böyüklər üçün Əli Əmirlinin “Bala başa bəla” ikihissəli epotaj kamediyasını təqdim  edib. Uşaqlarla yanaşı, onların valideynlərinin də marağına səbəb olan “Animation Show” tamaşasını ümumilikdə 700-dən artıq teatrsevər izləyib.