Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvanda incəsənət xadimlərinin yaradıcılıq gecəsi keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Azərbaycan Respublikasının Xalq artisti Vasif Allahverdiyev və Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Ceyhun Allahverdiyevin yaradıcılıq gecəsi keçirilib.

Tədbirdə çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Günay Məmmədova incəsənət xadimlərinin həyat və yaradıcılıqlarından bəhs edib. Vurğulayıb ki, mədəniyyət bəşər övladının yarandığı vaxtdan bəri yaratdığı və getdikcə təkmilləşdirdiyi maddi, mənəvi, ruhani, ideoloji, bədii-estetik və digər sərvətləri özündə ehtiva edir. Musiqini dinləmək, onu daxilən hiss etmək, duymaq, öz fikirlərini musiqi dilinə çevirmək ecazkar bir aləmdir.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri, Kamera Orkestri və Xor qrupunun  müşayətilə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfiqar Mahmudov, Azərbaycan Respublikasının Əməkdar artisti Sahib Paşazadə, Prezident mükafatçısı İlkin Abdullayev və Ayan Tohidinin ifalarında “Zəfər himni”, “Ana torpaq”, “Milli marş”, “Azərbaycanım”, “Gözləyəcəm səni”, “Qarabağ balladası” və digər sevilən musiqilər təqdim olunub.

Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.