Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvanda keçirilən "Zəfər Kuboku" uğrunda voleybol turnirinin qalibi bəlli olub

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin 5-ci ildönümünə həsr olunmuş “Zəfər Kuboku” uğrunda voleybol turniri başa çatıb.
Dekabrın 29-da turnirin final görüşü keçirilib. İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan həlledici qarşılaşmada Fövqəladə Hallar Nazirliyi (FHN) və Mədəniyyət Nazirliyinin komandaları meydanda olub. Final görüşünü izləyənlər arasında Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov, fövqəladə hallar nazinin müavini polkovnik Ələsgər Ələsgərov və Azərbaycan Voleybol Federasiyasının Naxçıvan filialının direktoru Vüqar Əliyev də olub.
Tərəflərin maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən final görüşündə 2:2 hesablı bərabərlik olduğundan qalibi müəyyən etmək üçün daha bir set oynanılıb. Tay-breyki 15:9 hesabı ilə üstün tamamlayan FHN turnirin baş mükafatına sahib çıxıb.
Mükafatlandırma mərasimində öncə turnirin hakimləri təşəkkürnamə ilə təltif olunub. İlk üç yerin sahibi olan komandaların üzvlərinə diplom, medal və kuboklar təqdim edilib. Mükafatları nazir müavini Məcid Seyidov təqdim edib.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Voleybol Federasiyasının Naxçıvan filialı tərəfindən birgə təşkil olunan turnir noyabr ayından start götürüb və yarışda ümumilikdə 10 komanda iştirak edib. Turnirin keçirilməsində məqsəd dövlət qurumlarında çalışan əməkdaşlar arasında sağlam həyat tərzinin təşviqi, voleybol idman növünə marağın artırılması, həmçinin 44 günlük Vətən müharibəsində qazanılmış Şanlı Zəfərin 5-ci ildönümünün birgə qeyd olunması olub.