Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvanda lentə alınmış “Nuhun izi ilə” filminin nümayişi keçirilib

Naxçıvan şəhər Gənclik Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə tanınmış isveçli fotoqraf və rejissor Mikael Silkeberqin “Nuhun izi ilə” sənədli filminin nümayişi keçirilib.
“Nuhun izi ilə” filmi UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının layihəsi çərçivəsində Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin təşəbbüsü və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Naxçıvanda lentə alınıb.
Sənədli filmdə Naxçıvanın qədim tarixindən bəhs edilir. Filmdə, həmçinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim memarlıq abidələri və rəqslərdən, Naxçıvanın musiqi alətlərindən və görkəmli şəxsiyyətlərindən söz açılır.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrinin icraçısı Həsən Seyidov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi yüksək səviyyədə qeyd olunur, bu çərçivədə bir sıra mühüm tədbirlər, layihələr və təşəbbüslər həyata keçirilib ki, bu da Azərbaycanın öz mədəni irsinin qorunması və təbliğinə daimi diqqətinin sübutudur.
Vurğulanıb ki, belə layihələrdən biri də bu gün təqdimat mərasiminə toplaşdığımız Azərbaycan mədəniyyətinin pərəstişkarı olan Mikael Silkeberq tərəfindən çəkilişləri aparılan, Naxçıvanın zəngin mədəniyyətini və tarixini özündə əks etdirən “Nuhun izi ilə” sənədli filmidir. Məhz belə bir diyar haqqında film çəkilməsi qürurverici bir haldır.
Tədbirdə çıxış edən filmin prodüseri və rejissoru Mikael Silkeberq, filmin rejissoru Rahim Sadıqbəyli Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə, eləcə də filmin çəkilişlərində iştirak edən Naxçıvan Dövlət Dram Teatrının kollektivinə minnətdarlıqlarını bildiriblər.
Sonra “Nuhun izi ilə” sənədli filminin nümayişi keçirilib.