
1 aprel 2026-cı il tarixdə keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov muxtar respublikada mədəniyyət sahəsinə göstərilən dövlət qayğısından, həyata keçirilən layihələrdən və əldə olunan nailiyyətlərdən bəhs edib.
Nazir müavini yeni təyin olunan əməkdaşları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Nazirliyin Aparatının rəhbəri Kamandar Ələkbərov çıxış edərək, iş prosesində peşəkarlıq prinsiplərinə riayət etməyin vacibliyi, vətəndaşlara yüksək səviyyəli xidmət göstərilməsinin əhəmiyyəti, eləcə də kollektivdə sağlam iş mühitinin qorunmasının vacibliyini vurğulayıb.
Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 3 fevral 2026-cı il tarixində elan olunmuş müsabiqə çərçivəsində ümumilikdə 266 vakant vəzifə üzrə 315 nəfər namizəd qeydiyyata alınıb.
Seçim prosesinin növbəti mərhələsi kimi 4–13 mart 2026-cı il tarixlərində keçirilən müsahibədə 146 nəfər uğur qazanıb. Onlardan 95 nəfər müvafiq vəzifələrə təyin olunub, 51 nəfər isə ehtiyyat kadrlar siyahısına daxil edilib.
