Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvanda mədəniyyət müəssisələrində bir sıra rəhbər və ümumi vəzifələrə işə qəbul üzrə müsabiqə elan edilib

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən mədəniyyət müəssisələrində bir sıra rəhbər və ümumi vəzifələrə işə qəbul üçün müsabiqə elan edir. Müsabiqəyə sənəd qəbulu 29 yanvar 2024-cü il tarixdən 19 fevral 2024-cü il tarixinədək həyata keçiriləcək.

Müsabiqədə ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom), yaxud  ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənəd (arayış) almış, xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə sənədlərin qəbulu və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur. Müsabiqədə iştirak edəcək namizədlər yuxarıda qeyd olunan tarixlərdə müvafiq sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, dövlət nümunəli təhsil sənədinin (diplomun) və ya ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənədin (arayışın) surəti, əmək kitabçasının surəti (zərurət olarsa), 2 ədəd 3x4 ölçüdə fotoşəkil) Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə təqdim etməlidirlər.

Namizədlər mədəniyyət müəssisələrində bir sıra rəhbər və ümumi vəzifələrə işə qəbul üzrə müvəqqəti qaydalar, vakant yerlər, vəzifə təlimatları və müsahibə proqramları ilə nazirliyin nculture.gov.az saytından tanış ola bilərlər.

Keçid linki: https://nculture.gov.az/i-s-q-bul