Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvanda mədəniyyət obyektlərinin təmiri istiqamətində ilkin işlərə başlanılıb

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət müəssisələrinin təmiri diqqət mərkəzində saxlanılır, bu istiqamətdə mütəmadi olaraq müvafiq işlər həyata keçirilir.
Qeyd olunan işlərin davamı olaraq Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyi, Heydər Əliyev Sarayı və Naxçıvan Dövlət Milli Dram Teatrının təmiri ilə bağlı olaraq mövcud binaların layihə sənədlərinin hazırlanması məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu ilə müqavilə bağlanıb.
Şirkət tərəfindən müqaviləyə uyğun olaraq hər üç binanın layihə sənədləri hazırlanacaq.  
Nəzərinizə çatdıraq ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət işçilərinin iş şəratinin yaxşılaşdırılması, mədəniyyət müəssisələrinin günün tələblərinə uyğun olaraq təmir və tikintisi istiqamətində işlər davam etdiriləcək.