Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvanda Milli Musiqi Gününə həsr olunmuş konsert keçirilib

Ümummilli Liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görkəmli bəstəkar, publisist və pedaqoq Üzeyir Hacıbəyli şəxsiyyətinə verdikləri yüksək qiymətin ifadəsi olaraq hər il bəstəkarın anadan olduğu gün - 18 sentyabr ölkəmzidə Milli Musiqi Günü kimi qeyd olunur.

Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Milli Musiqi Gününə həsr olunmuş konsert keçirilib.

Konsert Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyliyə həsr olunmuş XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutub.

Musiqi bayramında hökumət və ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konsertdə Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri, Kamera Orkestri və xor kollektivi, eləcə də Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarları çıxış ediblər.

Musiqi axşamı dahi bəstəkarın Xalq Çalğı Alətləri Orkestrinin təqdimatında “Koroğlu” operasından “Üvertura” ilə başlayıb. Ardınca “Sənsiz” romansı, “Leyli və Məcnun” operasından “Müqəddimə” və “Şəbi-hicran xoru” əsərləri təqdim olunub.

Eyni zamanda, konsertdə görkəmli bəstəkarlar Rauf Məmmədov, Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Ramiz Mirişli, Cahangir Cahangirov və Bəhram Nəsibovun əsərləri səsləndirilib.
Əsərlər Əməkdar artistlər Gülyanaq Fərzəliyeva və Elçin Nağıyevin, Prezident mükafatçıları İlkin Abdullayev və Nərmin Hüseynovanın, solistlər Emin Hüseynov və Əfsanə Babayevanın, həmçinin Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarları Rəsmiyyə Xəlilova, Küşvər Əliyeva və Nemət Qubadlının təqdimatında səslənib.
Qeyd edək ki, Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbər-dirijoru Prezident mükafatçısı Hakim Məmmədov, Kamera Orkestrinin bədii rəhbər-dirijoru Prezident mükafatçısı Cahangir Qurbanov, xormeyster isə Prezident mükafatçısı İlhamə Şirəliyevadır.