Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvanda Milli Musiqi Günündə “O olmasın, bu olsun” musiqili komediya təqdim olunub

Sentyabrın 18-də – Milli Musiqi Günündə Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “O olmasın, bu olsun” musiqili komediya təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il fevralın 3-də Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə imzaladığı Sərəncama uyğun olaraq Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı 143-cü teatr mövsümünə Üzeyir Hacıbəyli yaradıcılığına müraciət etməklə başlayıb.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli teatrın foyesində qurulmuş Milli Musiqi Gününə həsr olunmuş sərgi ilə tanış olub. Sərgidə dahi bəstəkar Üzeyir Hacıbəylinin, Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş incəsənət xadimlərinin, eləcə də Naxçıvan Dövlət Milli Dram Teatrının fəaliyyətini əks etdirən eksponatlar nümayiş etdirilib.
Sonra dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası əsasında səhnələşdirilmiş tamaşa təqdim edilib.
Tamaşanın quruluşçu rejissoru, teatrın direktoru və baş rejissoru Mir Qabil Əkbərov, rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyevdir. Quruluşçu rəssam Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səyyad Bayramov, musiqi rəhbəri və dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyevin təqdimatında yeni və orijinal quruluşda səhnələşdirilən tamaşada Xalq artistləri Rza Xudiyev, Şirzad Abutalıbov, Rövşən Hüseynov, Azərbaycan Respublikasının Əməkdar artistləri Nazlı Hüseynquliyeva, Vidadi Rəcəbli, Əbülfəz İmanov, Kəklik Novruzova, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Günay Qurbanova, eləcə də digər təcrübəli və gənc istedadlar rolları məharətlə ifa ediblər.
Səlahiyyətli nümayəndə Fuad Nəcəfli tamaşa bitdikdən sonra səhnə arxasında yaradıcı heyətlə görüşüb, tamaşa ilə bağlı xoş təəssüratlarını çatdırıb. Fuad Nəcəfli kollektivin Milli Musiqi Günündə Üzeyir Hacıbəyli yaradıcılığına müraciət etməsini uğurlu seçim kimi dəyərləndirib.