Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvanda musiqi və incəsənət məktəblərində boş qalan yerlərə şagird qəbulu üçün müsabiqə elan olunur

    Naxçıvan Muxtar Respublikasının  Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində boş qalan yerlərə şagird qəbulu üçün müsabiqə elan olunur. Müsabiqə mərhələsi 10-13 sentyabr tarixlərini əhatə edəcək.
     Müsabiqədə yalnız cari tədris ili üzrə qəbul imtahanında iştirak edərək 50 və daha yuxarı bal toplamış, ixtisas və məktəb seçimi etməmiş, həmçinin  əvvəlki mərhələdə qəbul müsabiqəsi çərçivəsində keçid balı toplamış, lakin ixtisas və məktəb seçimi edərək qəbul ola bilməmiş namizədlər iştirak edə bilərlər.
Boş yerlər Naxçıvan şəhəri ilə yanaşı, Babək, Şahbuz, Culfa, Ordubad və Şərur şəhərlərində, eləcə də Cəhri, Qıvraq, Nehrəm qəsəbələrində, Şıxmahmud, Zeynəddin, Kolanı, Ələkli kəndlərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərini əhatə edir.
Namizədlər əsasən musiqi istiqaməti üzrə fortepiano, violin, tar, kamança, qanun, saz, qarmon, nağara, vokal ixtisasları üzrə boş yerlər üçün seçim edə bilərlər.
Qeyd edək ki, ətraflı məlumat əldə etmək istəyən namizədlər müvafiq regional mədəniyyət idarələrinə müraciət edə bilərlər.
Qeydiyyat "MyCulture" şəxsi kabineti vasitəsi ilə onlayn formada aparılır.