Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib

Martın 20-də Novruz bayramı münasibətilə "Naxçıvanqala" Tarix Memarlıq Muzey Kompleksində geniş ümumxalq şənliyi təşkil olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, dövlət və hökumət nümayəndələri iştirak ediblər.

İlk olaraq “Dədə Qorqud” obrazı və Bahar qızının iştirakı ilə rəmzi qarşılanma mərasimi keçirilib, el ağsaqqalı tərəfindən xeyir-dua verilib, bayram tonqalı alovlandırılıb.

Şənlik çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə müxtəlif folklor nümunələri, o cümlədən Keçəl və Kosa məzhəkəsi, “Qodu-qodu”, “Xanbəzəmə” mərasimləri, eləcə də “Çəmənli” yallısı nümayiş olunub. Müxtəlif rayonların folklor kollektivləri və musiqi qrupları çıxış edərək bayram əhval-ruhiyyəsini daha da yüksəldiblər. Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının çıxışı, milli musiqi alətlərində ifalar və rəqs kompozisiyaları böyük maraqla qarşılanıb.

Tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan sərgi və stendlərə baxış keçirilib. Burada peşə təhsili, STEAM layihələri, eləcə də müxtəlif əl işləri nümayiş olunub.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təqdim etdiyi məhbusların əl işləri, yerli sənətkarların hazırladıqları məhsullar maraqla qarşılanıb.  Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bədii gimnastika, kikboksinq və digər idman növləri üzrə nümayişlər təşkil edilib. Bundan əlavə, pəhləvan şousu təqdim olunub.

Bayram şənliyində ictimai iaşə xidməti də göstərilib.