
Oktyabrın 9-da M.T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Ərzurum Şəhər Teatrının yaradıcı heyətinin iştirakı ilə “Madmazelin pişiyi” tamaşası nümayiş olunub.
Tamaşa Naxçıvan Dövlət Kukla Teatrı ilə Ərzurum Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində təşkil edilib.
Tədbirdə M.T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov, Ərzurum Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının dairə başqanı Ergün Engin və Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulunun müavini Ayşə Yıldırım çıxış ediblər.
Çıxışlarda Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafında teatr sənətinin rolu, iki teatr arasında əməkdaşlığın əhəmiyyəti və yaradıcı kollektivlər arasında təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Daha sonra Ərzurum Şəhər Teatrının yaradıcı heyəti böyüklər üçün “Madmazelin pişiyi” tamaşasını Naxçıvan tamaşaçılarına təqdim edib. Tamaşa böyük maraqla qarşılanıb.
.jpeg)