Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvanda "Şam İşığında" möhtəşəm konsert keçirilib

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Şam İşığında" konsert proqramı keçirilib.
Konsertdə yerli film musiqiləri və retro ifaları vokal, qrup, simli kvartet və piano ilə ifa edilib.
Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən konsertdə dövlət nümayəndələri və şəhər ictimaiyyəti iştirak edib.
İzləyicilər tərəfindən böyük rəğbətlə qarşılanan konsert proqramı maraqlı təəssüratla yadda qaldı.
Sonda Naxçıvan Muxtar Respublikasının Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov kollektivi uğurlu çıxışa görə təbrik edib.
Qeyd edək ki, Londondan Sidneyə, Oslodan İstanbula – dünyanın dörd bir yanında milyonlarla insan tərəfindən sevilən, tarixi tikililərdə və özünəməxsus məkanlarda şam işığında keçirilən klassik musiqi konsertləri ənənəsi artıq Bakıdan sonra regionlar arasında ilk dəfə Naxçıvanda keçirilib.