Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvanda Teatr Tarixinin Yeni Səhifəsi: “Özgəyə Quyu Qazan” Bunaraku Üslubunda İlk Tamaşa

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Özgəyə Quyu Qazan” tamaşasının bunaraku üslubunda premyerası keçirilib. Bu üslub Naxçıvan kukla teatrında ilk dəfə tətbiq olunaraq tamaşaçılara tamamilə yeni və yüksək səviyyəli teatr təcrübəsi bəxş edib.
Bunraku üslubunu Naxçıvana və Kukla Teatrına elə teatrın bədii rəhbəri və direktoru Səyyad Məmmədov gətirib və uğurla tətbiq edib. Onun sənətə yenilikçi yanaşması, kollektivin böyük zəhməti və peşəkarlığı nəticəsində tamaşa səhnədə canlı bir tabloya çevrilib.
Tamaşanın yaradıcı heyəti: Quruluşçu rejissor-Səyyad Məmmədov,Quruluşçu rəssam-əməkdar rəssam Sabir Məmmədov,Musiqi tərtibatçısı-Əli Məmmədov,Rejissor asissenti isə Türkan Məmmədovadır.
Tamaşada obrazlar
Ağ dovşan:Əfqanə Ələsgərova,Boz dovşan:Sadiq Əliyev,Çaqqal:İlqar Babayev,Tülkü:Nigar Əhmədova,Şir:Süleyman Süleymanov,Ayı:Sənan Abutalıbov tərəfindən tamaşaçılara təqdim olunur.
Səhnə tərtibatı, kuklaların incə işlənmiş hərəkət texnikası və musiqi həllinin bütövlüyü “Özgəyə Quyu Qazan”-ı adi bir tamaşadan çıxarıb yüksək sənət nümunəsinə çevirdi. Tamaşaçılar bunaraku üslubunun yaratdığı vizual möcüzə və emosional dərinlik qarşısında heyranlıqlarını gizlədə bilmədilər.
Əsərdə verilən ali ideya “Özgəyə qazılan quyu bir gün insanın öz yolunu kəsər” səhnənin güclü dramaturji quruluşu sayəsində daha təsirli və yadda qalan formada təqdim olunub.
Bu premyera ilə Naxçıvan Dövlət Kukla Teatrı öz yaradıcılıq sərhədlərini genişləndirərək regionda yenilikçi teatr düşüncəsinin öncüsü olduğunu bir daha sübut etdi. Tamaşa həm sənət sevərlərin, həm də mütəxəssislərin fikrincə, yaxın illərin ən uğurlu və yenilikçi tamaşalarından biri kimi qiymətləndirilir.