Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş möhtəşəm konsert keçirilib

Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində möhtəşəm konsert proqramı baş tutub. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan tədbir mayın 10-da “Saat Meydanı” Turistik İstirahət Mərkəzinin ərazisində təşkil olunub.
Açıq havada keçirilən konsert proqramı həm şəhər sakinləri, həm də şəhərin qonaqları üçün əsl bayram əhvali-ruhiyyəsi yaradıb. Gecədə Naxçıvan Dövlət Filarmoniyasının peşəkar solistləri ilə yanaşı, Azərbaycan musiqi sənətinin tanınmış simaları çıxış edərək tamaşaçılara unudulmaz anlar yaşadıblar. Xalq artistləri Samir Cəfərov və Gülyaz Məmmədova, Əməkdar artist Nuriyyə Hüseynova, IV Televiziya Muğam Müsabiqəsinin qalibi Sərxan Bünyadzadə və sevilən ifaçı Şəmistan Əlizamanlı öz zəngin repertuarları ilə bayram gecəsinə rəng qatıblar.
Proqram çərçivəsində səsləndirilən milli musiqilər, muğam inciləri və müasir bəstəkarların əsərləri Azərbaycanın zəngin mədəni irsini bir daha nümayiş etdirib. Müasir səhnə tərtibatı, işıq və səs effektləri ilə müşayiət olunan konsert yüksək zövqlə hazırlanan musiqi bayramına çevrilib. Bu möhtəşəm gecə həm milli-mənəvi dəyərlərimizə sadiqliyin, həm də Ümummilli Liderin əziz xatirəsinə bəslənən sonsuz ehtiramın parlaq ifadəsi olub.