Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvanda uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə direktor və direktor müavini vəzifələri üçün elan olunmuş müsabiqənin müsahibə mərhələsi başlayıb

Martın 14-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə direktor və direktor müavini vəzifələri üçün 28 dekabr 2023-cü il tarixdə elan olunmuş işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayıb. 14-16 mart tarixləri arasında baş tutan müsahibə mərhələsi Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin binasında keçirilir. Müsahibə mərhələsində, ümumilikdə 34 nəfər iştirak edir.

Müsahibə Komissiyası tərəfindən ən azı 20 dəqiqə ərzində namizədin ixtisası üzrə bilik və bacarığı, məktəb idarəetməsi ilə bağlı qanunvericilik bilikləri, ünsiyyət və təqdimetmə bacarığı və müvafiq meyarlar üzrə digər bilikləri yoxlanılır.

Müsahibə mərhələsində komissiya namizədləri müvafiq meyarlar əsasında 5 ballıq  sistemlə qiymətləndirir, namizəd meyarlar üzrə ortalama 3 bal topladıqda bu mərhələni uğurla keçmiş sayılır.

 Müsabiqənin nəticəsi barədə məlumat Nazirliyin rəsmi səhifəsində (nculture.gov.az) paylaşılacaq.