Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvanda uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə direktor və direktor müavini vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilib

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə direktor və direktor müavini vəzifələrinə işə qəbul üçün müsabiqə elan edir. Müsabiqəyə sənəd qəbulu 5 avqust 2024-cü il tarixdən 17 avqust 2024-cü il tarixinədək həyata keçiriləcək. 

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə ali ixtisas təhsili, ixtisası üzrə 5 ildən az olmayaraq müvafiq sahə üzrə pedaqoji əmək stajı olan şəxslər, direktor müavini vəzifəsinə işə qəbul üçün  müsabiqədə müvafiq sahə üzrə azı üç il pedaqoji iş stajına malik olan orta ixtisas (kadr çatışmazlığı olduğu təqdirdə) və ya ali ixtisas təhsilli mütəxəssislər iştirak edə bilərlər. 

Müsabiqə qabiliyyət imtahanı və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.
Müsabiqədə iştirak edəcək namizədlər yuxarıda qeyd olunan tarixlərdə müvafiq sənədləri (şəxsiyyət vəsiqəsinin, təhsil (direktor olmaq istəyən şəxslər ali təhsil haqqında sənədin surətini, direktor müavini olmaq istəyən şəxslər ali və ya orta ixtisas təhsili haqqında sənədin surətini) haqqında sənədin və əmək kitabçasının surətini) Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə təqdim etməlidirlər.

Qeyd edək ki, imtahanların 26 – 30 avqust tarixlərində keçirilməsi nəzərdə tutulur.