Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvanda uşaq musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb

27 aprel 2026-cı il tarixindən etibarən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq, musiqi və incəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə şagird qəbulu müsabiqəsinin əyani imtahan mərhələsi başlayıb.
Qəbul prosesi müvafiq normativ qaydalara uyğun olaraq şəffaf və obyektiv meyarlar əsasında həyata keçirilir.
İmtahanlar musiqi, rəssamlıq və xoreoqrafiya istiqamətləri üzrə təşkil olunur və namizədlərin yaradıcılıq potensialının, estetik zövqünün, eləcə də ilkin peşə bacarıqlarının qiymətləndirilir.
Cari tədris ili üzrə 1-ci sinfə qəbul üçün elektron sistem vasitəsilə, o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə ümumilikdə 1069 nəfər müraciət qeydə alınıb.
Namizədlərdən 1011 nəfər musiqi, 39 nəfər rəssamlıq, 19 nəfər isə xoreoqrafiya istiqaməti üzrə imtahanlarda iştirak edirlər.
İmtahan tarixləri, keçirilmə məkanları və digər zəruri məlumatlar valideynlər və namizədlərə qeydiyyat zamanı təqdim olunmuş elektron poçt ünvanları, SMS bildirişləri, eləcə də “MyCulture” vahid şəxsi kabineti vasitəsilə çatdırılıb.
Qeyd edək ki, incəsənət məktəblərinə qəbul uşaqların erkən yaşlardan yaradıcılıq potensialının üzə çıxarılması, onların peşəkar istiqamətləndirilməsi və milli mədəni mühitin davamlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir