Bayram tədbirində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin kollektivləri də öz fəaliyyətləri ilə tədbirə töhfə veriblər. Nazirlik tərəfindən iştirakçıların mədəni istirahətinin təmini üçün müxtəlif tədbirlər təşkil edilib.
Belə ki, Naxçıvan şəhər uşaq musiqi məktəblərinin yaradıcı kollektivlərinin bir-birindən maraqlı musiqi və rəqs nümunələri ilə çıxışı, rəssamlıq ixtisası üzrə təhsil alan şagirdlərin sərgisi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Həmçinin bayram tədbirində Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən "Tıq-tıq xanım", Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən "Siçanlar və Pişiklər", "Yeni Era" Teatrı tərəfindən "Şirindil cücə", “Altai” Teatrı tərəfindən "Vətənin müdafiəsi uşaqların müdafiəsindən başlar" adlı tamaşaları uşaqlarda böyük maraq yaradıb.
Tədbir uşaq musiqi məktəbləri kollektivlərinin bədii kompozisiyası ilə davam edib.
Qeyd edə ki, bayram tədbirində fəal iştirakına görə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə çalışan bir qrup əməkdaş və Naxçıvan şəhər uşaq musiqi məktəblərində təhsil alan şagirdlər Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Fəxri fərmanla təltif olunub.