Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvanda “Vətən oğulsuz olmasın” kitabının təqdimatı keçirilib

İyulun 20-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən təqdimat mərasiminin iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsini ziyarət edib, ehtiramlarını bildiriblər. Heydər Əliyev Muzeyi ilə tanış olan qonaqlar sonra Hüseyn Cavidin məqbərəsində olub, dahi liderin Azərbaycan ədəbiyyatına, eləcə də Hüseyn Cavidin  şəxsiyyətinə və yaradıcılığına olan diqqətindən danışıblar.

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında mədəniyyət, ictimaiyyət, media nümayəndələrinin və şəhid ailələrinin iştirakı ilə reallaşan  təqdimat mərasimində Ulu öndərin, şəhidlərimizin və Mirvarid Dilbazinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Vətən oğulsuz olmasın” kitabının  ulu öndər Heydər  Əliyevin 100 illiyi ilə əlaqədər nəşr olunduğunu vurğulayan “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Alıyeva kitabın dahi liderin doğulduğu Naxçıvan torpağında təqdimat mərasiminin keçirilməsindən məmnunluğunu dilə gətirib.   Bildirib ki, kitabda Ulu öndərin Xalq şairi Mirvarid Dilbazi ilə görüşü zamanı onların çıxışları, ədibin xalqın müdrik oğluna həsr etdiyi şeirlər toplanıb.

Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Əliyev vurğulayıb ki, Ümummilli lider hər zaman  Vətənə, xalqa məhəbbət kimi mənəvi keyfiyyətlərin aşılanmasında ədəbiyyatın rolunu önə çəkir, vətənə sevgi ruhunda yazmağın sənətkar üçün xoşbəxtlik olmasını vurğulayırdı. Ədəbiyyatımızın böyük hamisinə  şairlər tərəfindən minlərlə şeirlər, poemalar həsr olunub. Mirvarid Dilbazi də Ulu öndərə həsr olunmuş qiymətli ədəbi nümunələr yaradan ilk şairlərimizdəndir.

Sonra Vətən müharibəsi şəhidləri - Xansu  Qurbanovun, İbrahim Əlizadənin, Milli Qəhrəman Yusif Mirzəyevin ailə üzvləri, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Aygün Heydərli, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva,Yazıçılar Birliyinin üzvü Aləmzar Sadıqqızı və digərləri çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər, şairlər şeirlər səsləndiriblər. Qeyd olunub ki, Azərbaycanın ilk qadın xalq şairi olan Mirvarid Dilbazinin şeirləri gənc nəslin milli vətənpərvərlik duyğularının möhkəmlənməsində müstəsna rol oynayıb.

Naxçıvan Muxtar Respublikası 

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

20.07.2023