Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvanda “Xalq Teatrları Festivalı - 2025” keçirilir

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təçkilatçılığı ilə bölgə xalq teatrları hazırladığı sevilən tamaşaları ilə teatrsevənlərin görüşünə gəlir.
Naxçıvan Dövlət Milli Dram Teatrnda Şahbuz Rayon Xalq teatrının Sahib İbrahimlinin "Sadığın toyu" komediyası əsasında hazırladığı tamaşasını teatrsevərlərə təqdim edib.
Şahbuz Rayon Xalq teatrının rejissoru Emin Hüseynovun quruluş verdiyi səhnə əsərinin quruluşçu rəssamı Səxavət Paşayev ,musiqi tərtibatçısı Muxtar Bağırovdur.
Tamaşada rolları Emin Hüseynov ,İlahə Səfiyeva, Səadət Abdinova, Elbəyi Qəhrəmanov, Alməmmədova Zərifə ,Səfər Həziyev, Allahverdi Yolçuyev, Hacıyev Afiyəddin ,Vahid Məlikov, İlham Bağırov, Tahir Əsgərov Əkrəm Baxşəliyev canlandırıblar.
Qeyd edək ki ,səhnə əsəri ailə- məişət mövzusunda yazılmış komediyadır. Əsərdə kasıb kəndli Cəfər kişinin oğlu Sadığa toy etmək üçün ailədə baş verən gülməli və düşündürücü hadisələr təsvir olunur. Əsər ailə üzvləri arasındakı maddi maraqları, ailədaxili ziddiyyətləri və kənd həyatının real mənzərəsini , ailə qurmaq ətrafında baş verən gülməli və tənqidi situasiyalar, toy hazırlıqlarında üzə çıxan riyakar münasibətlər və pulun, marağın önə çıxması kimi məsələlərdir. Komediyada toy - sevgi və səadət rəmzi olmaqdan çıxaraq, şöhrətpərəstlik, təmtəraq, təzyiq və qarışıq maraqların oyunu kimi təqdim olunur.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət müəssisələrinin əməkdaşlarının, şəhər ictimaiyyətinin izlədiyi tamaşa alqışlarla qarşılanıb.