Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvanda Xalq Teatrları üçün Ustad Dərsləri və Panel Görüşlər Keçiriləcək

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı regionda fəaliyyət göstərən xalq teatrlarının həvəskar aktyorları üçün ustad dərsləri və panel görüşlər təşkil edəcək. Təlim proqramı 4-10 aprel tarixlərini əhatə edəcək və müxtəlif rayonlarda keçiriləcəkdir.

Ustad dərsləri teatr sahəsində peşəkar biliklərin artırılması və aktyorluq bacarıqlarının inkişafına yönəlmişdir. Təlimlər Şərur, Ordubad, Babək, Şahbuz və Naxçıvan şəhərində baş tutacaq. Təlimlərdə iştirakçılar səhnə danışığı, bədən dili və aktyor sənətinin incəlikləri barədə praktik və nəzəri biliklər əldə edəcəklər.

Təlimlərin əsas təlimçiləri Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru və baş rejissoru, Müstəqil ŞahMat Teatrının təsisçisi Mir Qabil Əkbərov və teatrın aktyoru, "Bədən dili və pantomima" üzrə mütəxəssis İsmayıl Mirzəcanov olacaqdır.

Təlimlərin sonunda, 14 aprel tarixində, Naxçıvan Dövlət Milli Dram Teatrında xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov və Naxçıvan MR əməkdar artisti Səməd Canbaxşiyevin iştirakı ilə panel müzakirə təşkil olunacaq.

Təlimdə fərqlənən həvəskar aktyorlarla peşəkar teatr səhnəsində xüsusi tamaşa hazırlanması planlaşdırılır. Bu layihə vasitəsilə regionda teatr sənətinin inkişafına töhfə verilməsi və yeni istedadların teatr aləminə qazandırılması hədəflənir.