Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvanda “Yallı festivalı – 2025” keçirilib

18 iyun 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Uşaq Teatrında “Yallı festivalı – 2025” adlı tədbir keçirilib. Festival xalqımızın çoxəsrlik ənənələrindən biri olan yallı sənətinin qorunması, təbliği və yeni nəslə sevdirilməsi məqsədilə təşkil olunub.
Müsabiqə xarakteri daşıyan festivalda Naxçıvan Muxtar Respublikasının şəhər və rayon mədəniyyət idarə və şöbələrinin tabeliyində fəaliyyət göstərən mədəniyyət sarayı və mədəniyyət evlərinin 14 yallı kollektivi iştirak edib. Kollektivlər ümumilikdə 18 müxtəlif yallı növü ilə çıxış ediblər.
Festivalın sonunda Münsiflər Heyətinin qərarına əsasən qaliblər müəyyənləşdirilib:
Birinci yerə Yuxarı Aralıq Kənd Mədəniyyət Evinin “Bahar” yallı kollektivi layiq görülüb.
İkinci yer Milax Kənd Mədəniyyət Evinin yallı kollektivi və Gümüşlü Kənd Mədəniyyət Evinin “Gümüşgöl” yallı kollektivi arasında bölüşdürülüb.
Üçüncü yer Ordubad Rayon Mədəniyyət Sarayının “Gilan” yallı kollektivi və Şərur Rayon Mədəniyyət Sarayının “İncilər” yallı kollektivi arasında bölüşdürülüb.
Bundan əlavə, festivalda uğurlu çıxış edən bir sıra kollektivlər fəxri fərmanlarla təltif olunublar.
Çərçiboğan Kənd Mədəniyyət Evinin “Fidanlar” kollektivi
Kosocan Kənd Klubunun “Gənclər” yallı kollektivi
Xanlıqlar Kənd Mədəniyyət Evinin “Qönçələr” kollektivi
Şahbuz Rayon Mədəniyyət Sarayının “Batabat” yallı kollektivi
Yallı festivalı milli-mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi yolunda mühüm addımlardan biri olmaqla yanaşı, bölgələr arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsinə də töhfə verir.