Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvanda “Yaradıcı müzakirələr” layihəsi ilə bağlı təlimlər keçirilir

Dekabrın 4-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı həftə” çərçivəsində Naxçıvanda “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi ilə bağlı təlimlərə start verilib.

Naxçıvan Dövlət Texniki Kollecində baş tutan tədbirdə iştirakçıları salamlayan “Yaradıcı müzakirələr” layihəsinin koordinatoru Vüsal Süleymanlı keçiriləcək təlimlərlə bağlı məlumat verib. Diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən layihə  paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasının dəstəklənməsinə yönəlib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Piri Nağıyev  bildirib ki, layihə Naxçıvanlı gənclər üçün yenilik olmaqla yanaşı, yaradıcı gənclərin gələcək kariyeralarını qurmasına, milli ənənələrdən bəhrələnməklə mədəniyyətdən qazanc əldə etməyə köməklikdir. Aparat rəhbəri 10 yaradıcı klaster üzrə ölkəmizin  tanınmış simalarının bilik və təcrübələrini bölüşməsinin bütün iştirakçılar üçün əhəmiyyətli olacağını bildirib.

Sonra tanınmış incəsənət nümayəndələri-“YÜZ production”un müəllifi, aktyor, rejissor və ssenari müəllifi Taleh Yüzbəyov “Yaradıcı kinematoqrafiya: Ssenaridən ekrana”, “Azərxalça” ASC-nin kreativ direktoru, “Asmart Creative Hub” Mərkəzinin təsisçisi Əsmər Babayeva “Sərvət ipləri: biznes olaraq xalçaçılıq”, Mikro MMC-nin təsisçisi və direktoru, reper, prodüser Pərviz İsaqov “Pulun harmoniyaları: gəlir gətirən musiqi”, rəssam Erkin Ələkbərli “Mənfəətin fırça vuruşları: təsviri sənət biznesi”, Azərbaycan Animasiya Assosiyasiyasının İdarə Heyətinin sədri, Animafilmin direktoru, rejissor və ssenari müəllifi Rəşid Ağamalıyev “Mənfəət üçün canlandırma: animasiya sənəti və ticarəti” mövzusunda təlim keçib. Qarşılıqlı müzakirə formasında gerçəkləşən təlimlərdə iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, silsilə tədbirlər 5 dekabr tarixdə də davam edəcək.