
Prezident İlham Əliyev mayın 7-də "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında" Sərəncam imzalayıb.
Prezident mükafatlarına layiq görülənlər arasında Naxçıvan Muxtar Respublikasının incəsənət xadimləri də vardır.
Prezidentin Sərəncamı ilə Əkbərov Mirqabil Qafil oğlu, Canbaxşıyev Səməd Canbağış oğlu, Nəbiyev Cəbrayıl Fərrux oğlu, Rəcəbli Vidadi Həsən oğlu, Vəliyeva Ləman Vəli qızı, Suleymanova Ulduz İbrahim qızı, İsmayilov Vilayət Hidayət oğlu, Behbudov Əşrəf Məhərrəm oğlu, Həsənov Nicat Yusif oğlu və Novruzov Əfsər Dilavər oğluna Prezident mükafatları verilib.
Qeyd edək ki, həmin şəxslər səhnə fəaliyyəti ilə bağlı Prezident mükafatına layiq görülüblər.