
Növbəti tədbir fevralın 6-da Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunub. "Azərbaycanın qədim diyarı - Şərqin incisi Naxçıvan" mövzusunda baş tutan tədbirdə çıxış edənlər vurğulayıb ki, 2024-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur. Naxçıvanın muxtariyyəti böyük tarixi, hərbi-siyasi və diplomatik mübarizələrin nəticəsi kimi meydana çıxıb, gərgin, ağır, eyni zamanda, şərəfli bir yol keçib. Ümummilli lider Heydər Əliyev Naxçıvanın muxtariyyət statusunun həyati əhəmiyyətini yüksək qiymətləndirərək deyirdi: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq”. Qədim Azərbaycan torpağı olan Naxçıvan Muxtar Respublikası bu gün daha böyük inkişafa doğru inamla və qətiyyətlə irəliləyir.
Çıxışların ardından "Naxçıvan Muxtar Respublikası - 100" başlıqlı sərgiyə və muzeyin ekspozisiyasına baxış olub.