Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvanın sənət adamlarına Prezidentin növbəti qayğısı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2026-cı il mayın 7-də “Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi” və “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi” haqqında sərəncamlar imzalayıb. Sərəncamlara əsasən bir qrup incəsənət xadimi mükafatlandırılıb.
“Şərq qapısı” qəzeti təltif olunan sənət adamlarının təəssüratlarını öyrənib.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Rövşən Hüseynov bildirib ki, aldığı mükafat onun sənətinə verilən dəyərin bariz nümunəsidir: “Dünəndən böyük sevinc hissi keçirirəm. Bu, teatrımıza və mənə verilən çox böyük dəyərdir. Bu mükafat təkcə mənim üçün deyil, Naxçıvan teatrı üçün böyük dəyər, önəm daşıyır. Bir sənətkar kimi yetişməyimdə Naxçıvan teatrının böyük rolu var. Bu etimad həm də bizə daha məsuliyyətlə çalışmağa stimul verir. Naxçıvan teatrının daha da inkişaf etməsi və çiçəklənməsi üçün bundan sonra da əlimdən gələni əsirgəməyəcəm”.
Təəssüratlarını bizimlə bölüşən digər mükafatçılardan Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktrisası Ulduz Süleymanova qeyd edib ki, bu, göstərilən yüksək diqqət və qayğını onda böyük qürur hissi yaradıb: “Bu mükafata layiq görülmək mənim üçün böyük qürur və sevincdir. Sənət adamlarına verilən bu dəyərə görə cənab Prezidentimizə minnətdarlığımı bildirirəm. Göstərilən etimad bizi daha böyük həvəslə çalışmağa ruhlandırır”.
Təltif olunan sənət adamlarından Naxçıvan Dövlət Filarmoniyasının əməkdaşı, Əməkdar artist Vilayət İsmayılov isə göstərilən etimadı yüksək qiymətləndirib: “Bu xəbəri böyük sevinc və qürur hissi ilə qarşıladım. İllərdir, sənət yolunda çəkdiyimiz zəhmətin belə yüksək səviyyədə dəyərləndirilməsi hər bir yaradıcı insan üçün xüsusi önəm daşıyır. Mədəniyyət və incəsənət sahəsinə göstərilən diqqət biz sənət adamlarını daha məsuliyyətlə çalışmağa həvəsləndirir. Mənə göstərilən bu etimada görə cənab Prezidentimizə dərin minnətdarlığımı bildirirəm.