Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvanlı incəsənət adamları Qarabağda yeni kadr hazırlığında...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq məktəbinin məzunları olan Novruzov Elvin (Kamança ixtisası), Novruzova Nuray (Qanun ixtisası), Babayev Fərid (Kamança ixtisası) cari tədris ilindən Qarabağ Universitetində müəllim kimi pedaqoji fəaliyyətə başlayıblar.
Qeyd edək ki, həmin məktəbin 3 məzunu – İsmayılzadə Vüqar (Skripka ixtisası), Seyidova Aytən (Kamança ixtisası), Hacızadə Özgür (Tar ixtisası) hal-hazırda Qarabağ Universitetinin İncəsənət fakültəsində təhsil alırlar.
Məzunlarımızın hər birinə gələcək fəaliyyətində uğurlar arzulayırıq.