Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Nazlı Şahbazovanın “Nazlının Gözü ilə Dünya” adlı fərdi sərgisi təşkil olunub

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin şagirdi Nazlı Şahbazovanın “Nazlının Gözü ilə Dünya” adlı fərdi sərgisi təşkil olunub.
Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli açaraq bildirib ki, uşaqların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, onların incəsənətə marağının artırılması və estetik zövqünün formalaşdırılması qalereyanın qarşısında duran mühüm vəzifələrdəndir. O qeyd edib ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günündə belə bir sərginin təşkili xüsusi əhəmiyyət daşıyır. Həmçinin vurğulayıb ki, Nazlı Şahbazovanın əsərlərində uşaqlara xas səmimiyyət, zəngin təxəyyül, təbiətə və milli-mənəvi dəyərlərə bağlılıq aydın hiss olunur. Direktor balaca rəssamın gələcəkdə də yaradıcılığını inkişaf etdirərək daha böyük uğurlara imza atacağına inandığını ifadə edib.
Daha sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Heyran Əhmədova, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin direktoru Tahirə Qasımova, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü, rəssam Qəhrəman Tağıyev, məktəbin rəsm müəllimi Türkan Quliyeva və Günəş Uşaq Akademiyasının direktoru Ulduz Əliyeva çıxış edərək Nazlı Şahbazovanın yaradıcılıq bacarığından bəhs edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Tədbirdə Günəş Uşaq Akademiyasının balaca üzvləri vətənə, uşaqlara və sülhə həsr olunmuş şeirlər səsləndiriblər. Şeir nümunələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sərgidə balaca rəssamın müxtəlif mövzularda ərsəyə gətirdiyi rəsm əsərləri nümayiş olunub. Əsərlərdə uşağın dünyaya baxışı, təbiətə sevgisi, ekoloji dəyərlərə həssas münasibəti və zəngin təxəyyülü öz əksini tapıb.
Sonda iştirakçılar sərgi ilə tanış olub, nümayiş etdirilən əsərləri maraqla qarşılayaraq balaca rəssama yeni yaradıcılıq uğurları arzulayıblar.