Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Nehrəm Qəsəbə Uşaq Musiqi Məktəbinin 45 illik yubileyi qeyd olunub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nehrəm Qəsəbə Uşaq Musiqi Məktəbinin yaradılmasının 45 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirlib.
Sonra məktəbin kollektivinin ifasında rəngarəng musiqi nömrələri - “Şirin dil” və “Yaşa Odlar yurdum”, “Həsrətimdən”, “Qərənfil”, “Məhəbbət çırağı” və “Bayramımızda”, “Gənclik rəqsi”, “Naxçıvan təranəsi” əsərləri, eləcə də “Dəşti təsnifi”, “Ovşarı” ritmik muğamı səsləndirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov çıxış edərək məktəbin keçdiyi inkişaf yolundan, musiqi təhsilinin inkişafında oynadığı roldan və əldə etdiyi nailiyyətlərdən bəhs edib. Qeyd olunub ki, məktəb ötən illər ərzində çoxsaylı istedadlı musiqiçilərin yetişməsində mühüm rol oynayıb, müxtəlif müsabiqə və festivallarda uğurlar qazanaraq regionun mədəni həyatında özünəməxsus yer tutub.
Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova Nehrəm Qəsəbə Uşaq Musiqi Məktəbinin 45 illik yubileyi münasibətilə təbriklərini bildirib.
Sonda Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı məktəbin kollektivinə təqdim olunub.