Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Növbəti seminar-müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrin əməkdaşları üçün maarifləndirici seminar-müşavirə keçirilib
Seminarda çıxış edən Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsinin rəisi mayor Şərif Əsədov əhalinin mühafizəsinin təmin edilməsində mülki müdafiənin mühüm rol oynadığını diqqətə çatdıraraq, bu kimi tədbirlərin əməkdaşlığın genişləndirilməsi və əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verdiyini qeyd edib.
Bildirilib ki, hazırda mülki müdafiə dövlətin ən mühüm funksiyalarından biri, müdafiə quruculuğunun və ölkənin təhlükəsizliyinin təmin edilməsinin tərkib hissəsidir. İnsanların təhlükəsizliyi və insanların kütləvi toplaşdığı mədəniyyət müəssisələrinin dayanıqlı fəaliyyəti mülki müdafiənin necə təmin olunmasından aslıdır. Bu məqsədlə böyük yanğınlar, texnogen və təbii fəlakətlər, terror aktları və digər fövqəladə hallarla səmərəli mübarizə aparmaq üçün qüvvələrin daim hazır vəziyyətdə saxlanılması, təlim və məşğələlərin keçirilməsi, əhalinin maarifləndirilməsi zəruridir.
Tədbirdə seminar iştirakçılarının məruzələri dinlənilib, mövzu ətrafında səmərəli fikir mübadiləsi aparılıb.