
Əziz teatrsevərlər!
Noyabrın 18-də, saat 19:00-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “Xilaskar” tamaşası nümayiş olunacaq.
Yazıçı-dramaturq Aqşin Babayevin “Xilaskar”əsəri əsasında səhnələşdirilən tamaşa Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin “Heydər Əliyev İli” çərçivəsində təsdiq etdiyi Tədbirlər Planına əsasən hazırlanıb.
Xalq artisti Kamran Quliyevin quruluş verdiyi səhnə əsərinin quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovdur. Tamaşada xalq artistləri Rza Xudiyev, Həsən Ağasoy, əməkdar artistlər-Əbülfəz İmanov, Behruz Haxverdiyev, Vidadi Rəcəbli, Nazlı Hüseynquliyeva, Səməd Canbaxşiyev, Günay Qurbanova və digər aktyorlar rol alıb.