Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Nüfuzlu beynəlxalq media platforması Naxçıvanı dünyanın ən dayanıqlı bölgələrindən biri kimi təqdim edib.

Beynəlxalq onlayn media platforması olan www.eureporter.co saytında "Nakhchivan: One of the world's most sustainable places" (“Naxçıvan: Dünyanın ən dayanıqlı yerlərindən biri”) adlı geniş məqalə dərc olunub.
Şəhərdə fəaliyyət göstərən çoxsaylı muzeylərin demək olar ki, hamısına girişin pulsuz olması da müəllif tərəfindən təqdirəlayiq hal kimi təqdim edilib. Bu muzeylər arasında Heydər Əliyev Muzeyi xüsusi yer tutur. Muzeydə 5 mindən çox eksponat nümayiş etdirilir və bu eksponatlar vasitəsilə Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında ziyarətçilərə ətraflı məlumat verilir.
Məqalədə həmçinin Naxçıvan memarlıq məktəbinin banisi, məşhur memar Əcəmi Naxçıvaninin əsərləri, o cümlədən Möminə Xatın türbəsi və Yusif Küseyir oğlu türbəsi haqqında geniş məlumat yer alıb. Qeyd edilib ki, bu türbələr Şərq memarlığının inciləri olmaqla yanaşı, Azərbaycanın milli irsinin parlaq nümunələridir.
Məqalədə qədim yaşayış məskəni olan Ordubad rayonundakı muzeylər, eləcə də təbii gözəllikləri ilə seçilən Göygöl haqqında da məlumat verilib.
Qeyd olunub ki, Göygöl son zamanlar UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib. Gölə aparan dağ yolları səyahətsevərlər üçün əsl macəra vəd edir.
Sonda müəllif qeyd edib ki, Naxçıvan həm qədim mədəniyyət mərkəzi, həm də Azərbaycanın və bəlkə də Qafqazın ən təmiz şəhərlərindən biridir. Məqalədə Naxçıvanın təbiətinin, mədəniyyətinin və insanların səmimiyyətinin bu bölgəni dünyanın kəşf edilməyə layiq ən unikal yerlərindən birinə çevirdiyi diqqətə çatdırılıb.