Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

“O olmasın, bu olsun” – Dahi bəstəkarın 140 illiyinə həsr olunan möhtəşəm səhnə əsəri

Naxçıvan Dövlət Milli Dram Teatrı və Naxçıvan Dövlət Filarmoniyasının birgə layihəsi əsasında hazırlanmış Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyasının ictimai baxışı keçirilib.
Tamaşa dahi bəstəkar, milli musiqi mədəniyyətimizin banisi Üzeyir Hacıbəyovun anadan olmasının 140 illiyinə həsr olunub və 2025-ci ilin ikinci rübündə teatrın təqdim etdiyi əsas səhnə işlərindən biridir. Layihə çərçivəsində Filarmoniyanın orkestr və xor kollektivi də aktyor heyəti ilə birgə çıxış edərək ümumilikdə 61 nəfərlik yaradıcı heyətlə tamaşa ərsəyə gəlib.
Tamaşanın quruluşçu rejissoru – Mir Qabil Əkbərov, quruluşçu rəssamı – əməkdar rəssam Səyyad Bayramov, musiqi rəhbəri və dirijoru – əməkdar artist Elman Əliyev, xormeysteri – İlhamə Şirəliyeva, rejissoru – Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Səməd Canbaxşiyev, məsləhətçi – xalq artisti Rövşən Hüseynov, rejissor assistenti – Leyla Yaqubovadır.