Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Oktyabrın 16-da Naxçıvan Dövlət Filarmoniyasında Azərbaycan muğam sənətinə həsr olunmuş “Azərbaycan muğamları” konsert-lektoriyası keçirilib.

Konsert başlamazdan əvvəl aparıcı ölkəmizdə muğam sənətinin tarixi, bu sənətin qorunub yaşadılmasında göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə mədəni irsimizin yaşadılması, o cümlədən muğam sənətinin inkişafı və dünyada tanıdılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. 
    Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının əməkdaşı, Əməkdar mədəniyyət işçisi, tarzən İmamqulu Əhmədov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, xanəndə Hünər Əliyev və Naxçıvan Dövlət Filarmoniyasının ansambl artisti, kamançaçalan Əfqan Məmmədov muğam sənətinin inkişafında xidmətləri olan sənətkarlardan, bu sənətin yaşadılması və gələcək nəsillərə ötürülməsində onların rolundan danışıblar.
   Daha sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfiqar Mahmudov, Prezident mükafatçısı Nərmin Hüseynova, Zamin Vəliyev, Məhərrəm Quliyev, Cavidan Qəhrəmanlı və Bəhruz Quliyevin ifasında “Rast” muğam dəstgahı təqdim olunub. İfa Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının müşayiəti ilə səsləndirilib.
   Qeyd edək ki, ansamblın bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayev, konsertmeysteri isə Prezident mükafatçısı Əşrəf Behbudovdur.
   Konsert-lektoriya muğam sənətinin zəngin ənənələrinin nümayiş etdirilməsi və təbliği baxımından əhəmiyyətli olub, tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.