Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Ordubad Rayon Xalq Teatrında ”Gurultulu məhəbbət” tamaşası nümayiş olunub

 İyulun 26-da Ordubad Rayon Mədəniyyət Sarayında  Azərbaycan  yazıçısı,  dramaturq, professor, tanımış ictimai xadim Salam Qədirzadənin “Gurultulu məhəbbət” əsəri əsasında hazırlanan eyni adlı tamaşa nümayiş olunub. Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrının repertuarında ilk dəfə yer alan tamaşada rolları Nadir Məhərrəmov, Günəş Ağayeva, Süqarə Mirzəli, Nağı Əlisoy, Davud Məmmədov və digər aktyorlar ifa ediblər.

Təqdim edilən tamaşanı Naxçıvan Muxtar Republikasının mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov, Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli, mədəniyyət xadimləri və rayon ictimaiyyətinin nümayəndələri izləyiblər. 

Nadir Məhərrəmovun quruluş verdiyi  səhnə əsərinin rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Günəş Ağayeva, musiqi tərtibatçısı Qasım Rəsulov, rəssamı Hikmət Əliyevdir.

  Qeyd edək ki, Salam Qədirzadənin “Gurultulu məhəbbət” əsəri iki gəncin saf məhəbbətindən bəhs edir.  Kommunal Müəssisələr Kombinatının müdiri Mərdan kişi hər şeyi, hətta doğma qızının xoşbəxt ailə həyatı qurmasını  belə qurban verərək onu öz mənfəətinə görə varlı, vəzifəli bir şəxsə ərə verməyi və bununla da özünə dayaq, “dayı” tapıb daha yüksək vəzifədə oturmağı arzulayır. Mərdan kişi qızı Şəlalənin saf məhəbbətini başa düşmək istəmir, onu yalnız yüksək vəzifə və daha çox gəlir maraqlandırır. Ağıllı insanların sayəsində isə Şəlalə öz sevdiyi İsrafilinə qovuşur, Mərdan kişi ifşa olunur və yığdığı haram pullarla tikilən imarət “Uşaq bağçası” üçün verilir.

Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.

Tamaşadan sonra Həsən Seyidov kollektivi təbrik edib və uğurlar arzulayıb.