Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin hesabat konserti keçirilib

Yanvarın 25-də Ordubad Rayon Mədəniyyət Sarayında Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 2024-2025-ci tədris ilinin I yarimilinin yekunu ilə əlaqədar hesabat konserti keçirilib. Əvvəlcə məktəbin direktoru Zülfiyyə Seyidova çıxış edərək məktəb kollektivini təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra məktəbdə fərqlənən şagirdlərə fəxri fərmanlar təqdim edib.
Konsertdə Azərbaycan və xarici ölkələrin bəstəkarlarının əsərləri, həmçinin xalq mahnıları ifa olunub.
Sonda Ordubad Rayon Mədəniyyət İdarəsinin müdiri Azər Məmmədov, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşı İmamqulu Əhmədov, Naxçıvan Dövlət Filarmoniyasının bədii rəhbəri Elman Əliyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, konsertdə uğurla çıxış edən müəllim və şagirdlərə, eləcə də məktəbin bütün kollektivinə gələcək fəaliyyətlərində yeni-yeni müvəffəqiyyətlər arzulayıblar.