31 iyul 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov, Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşadət Orucov, “STORM BUİLDİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Anar Əsgərov və Nazirliyin əməkdaşlarının iştirakı ilə Ordubad şəhərində yerləşən “Ərbabın İş Yeri” və ona bitişik tarixi binaya baxış keçirilib.
Hazırki dövrə qədər binada ölçü işləri yekunlaşmış, ilkin eskiz layihəsi hazırlanmışdır. Eskiz layihə ilə bağlı fikir mübadiləsi aparılmış, əlavə və dəyişikliklərin edilməsilə bağlı təkliflər verilmişdir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ilin mart ayında elan olunmuş “Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” və ona bitişik tarixi binanın əvvəlki vəziyyətinə qaytarılması və əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması” adlı kotirovka sorğusu 01.04.2024-cü il tarixində yekunlaşmış və “STORM BUİLDİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti adlı təşkilat müsabiqənin qalibi olmuşdur.