Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Ötən ay keçirilən kütləvi-mədəni tədbirlər yeniliklərlə yadda qaldı

axçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2023-cü ilin mart ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

“8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə Heydər Əliyev Sarayında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda keçirilən tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının kollektivlərinin geniş konsert proqramı təqdim edilmiş, Nazirliyinin təşkilatçılığı ilə  keçirilən flaşmob şəhər sakinləri tərəfindən alqışlarla qarşılanmışdır. “Heydər Əliyev İli” çərçivəsində A.Babayevin “Xilaskar” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqləri, DVD diskin və albom-kataloqun hazırlanması işi davam etdirilmişdir. “Heydər Əliyev ili” ilə bağlı mart ayı ərzində, ümumilikdə 24 tədbir, 10 açıq dərs keçirilmişdir.

19-26 mart tarixlərdə Nazirlik və “Element” şirkəti tərəfindən “Əcəmi Seyrangahı” Mədəniyyət və İstirahət Kompleksində Novruz bayramı münasibətilə “Novruz şəhərciyi” təşkil edilmiş, “Ağac bəzəmə” müsabiqəsi keçirilmiş, müsabiqədə iştirak edən komandalar tədbirin ilk günündə təşkilatçılar tərəfindən təşəkkürnamə ilə təltif olunmuşdur.

Səkkizgünlük bayram tədbirlərində 8 bədii, 23 cizgi filmi nümayiş etdirilmiş, Naxçıvan Dövlət Filarmoniyası, rayon, şəhər mədəniyyət idarə və şöbələrinin musiqi kollektivlərinin və Bakı şəhərindən dəvət edilmiş müğənnilərin 14 konsert proqramı təqdim olunmuş, Naxçıvan Dövlət Kukla və Naxçıvan Dövlət Uşaq teatrlarının hər biri 3 tamaşa, rayon xalq teatrları və folklor qruplarının 4 tamaşası nümayiş etdirilmişdir.

Bayram günlərində insanların mədəni istirahətinin təşkili məqsədi ilə teatrlar tərəfindən tamaşalar nümayiş etdirilmiş, 6 muzey tərəfindən muzey xidməti göstərilmişdir. Həmçinin, Naxçıvan Muxtar Respublikası ərazisində dislokasiya olunmuş hərbi hissə və bölmələrin əsgər və zabitlərinə şəhər və rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivləri tərəfindən 10 konsert proqramı təqdim edilmişdir.

30 mart tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri muxtar respublikada səfərdə olmuş, mədəniyyət və incəsənət müəssisələri ilə tanış olmuşlar.

Hesabat dövründə Naxçıvan Dövlət Milli Dram Teatrında “Milli Teatr Günü” və “Beynəlxalq Teatr Günü” qeyd edilmiş, 6 tamaşa nümayiş olunmuş, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən 25 tamaşa, Naxçıvan Dövlət Uşaq Teatrında 12 tamaşa, Babək Rayon Xalq teatrının hazırladığı 1 tamaşa ictimaiyyətə təqdim edilmişdir.

Muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, ay ərzində Nazirlik tərəfindən 4, muzeylər tərəfindən 12 tədbir keçirilmiş, 9 sərgi qurulmuş,43 açıq dərs və 32 mühazirə keçirilmişdir. Mart ayında muzeyləri  79 min 284 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 31 yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, ümumilikdə 112 tədbir keçirilmiş, 78 sərgi qurulmuş,19 uşağa səyyar kitabxana xidməti göstərilmişdir. Kitabxanalarda yeni oxucu sayı 1 min 285, oxucu gəlişi 8 min 690, kitab verilişi isə 57 min 97 nüsxə olmuş, elektron kataloqda kitabların sayı 35 min 102-dən 35 min 158-ə çatdırılmışdır.

Ay ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz, rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 46 tədbir keçirilmiş, 23 sərgi qurulmuşdur.

Naxçıvan Dövlət Film Fondu tərəfindən ay ərzində 6 film nümayiş olunmuşdur.“Novruz şəhərciyində” cizgi filmləri və bədii filmlərin nümayişi diqqətdə saxlanılmışdır.

Sədərək Rayon Uşaq Musiqi Məktəbində müxtəlif ixtisaslar üzrə ustad dərslər təşkil olunmuş, gənclərlə iş sahəsinə diqqət artırılmışdır.

Nazirliyin medeniyyet.nakhchivan.az rəsmi internet səhifəsində mütəmadi olaraq məlumatlar yenilənmiş, ay ərzində səhifəyə 21 xəbər, 1  məqalə olmaqla, ümumilikdə 22 material işlənmişdir. Nazirliyin “nmr_medeniyyet_nazirliyi” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 7 min 275 olmuş, səhifədə 178 paylaşım edilmişdir. Nazirliyin “youtube”, “facebook” hesablarında və Nazirlik tabeli müəssisələrin sosial şəbəkə hesablarında  paylaşımlar davam etdirilmiş, izləyici sayında artım qeydə alınmışdır.

Mart ayında Nazirliyin keçirdiyi tədbirlərlə bağlı “Şərq qapısı” qəzetində 13, şəhər və rayon qəzetlərində 2 material dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 8, digər informasiya agentliklərində 15, Naxçıvan Televiziyasında 11 xəbər materialı işıqlandırılmış, Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV ilə əlaqələri davam etdirilmişdir.

Azərbaycan televiziyasının Novruz bayramına həsr olunmuş “Oğuz elinin Novruzu: Naxçıvan” verilişinin çəkilişlərində Naxçıvan şəhər və rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivləri geniş şəkildə iştirak etmişlər.

 

Naxçıvan Muxtar Respublikasının

Mədəniyyət Nazirliyinin Mətbuat xidməti