Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki qəbul edib.

ICESCO-nun Baş direktoru Azərbaycanda VII Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Səlim bin Məhəmməd əl-Maliki Prezident İlham Əliyevin Forumda çıxışının böyük maraq doğurduğunu vurğuladı. O, xüsusilə dünyada münaqişələrin davam etdiyi bir şəraitdə dövlətlərin müharibələrin dayandırılması ilə bağlı Azərbaycanın təcrübəsinə müraciət etməsinin vacibliyini, həmçinin dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə dair Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin müasir beynəlxalq münasibətlər baxımından xüsusi aktuallıq kəsb etdiyini bildirdi.

ICESCO-nun Baş direktoru təşkilatın fəaliyyətinə göstərdiyi davamlı dəstəyə və könüllü maliyyə töhfələrinə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. O, ICESCO-nun qarşısında mühüm vəzifələrin dayandığını qeyd edərək, Azərbaycanın təşkilata üzv olan müsəlman ölkələrində təhsilin inkişafına yönəlmiş layihələrə verdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğuladı.

Səlim bin Məhəmməd əl-Maliki bu xüsusda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə əməkdaşlığı xüsusi qeyd etdi, onun dəstəyi ilə müsəlman ölkələrində həyata keçirilən humanitar və təhsil layihələrinin əhəmiyyətinə toxundu.

Prezident İlham Əliyev Azərbaycan ilə ICESCO arasında əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində daim səylər göstərdiyini bildirdi.

Gələn il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcəyini və təşkilata sədrliyi həyata keçirəcəyini diqqətə çatdıran Prezident İlham Əliyev ölkəmizin bundan sonra da həm İslam Əməkdaşlıq Təşkilatının, həm də ICESCO-nun fəaliyyətinə dəstəyini davam etdirəcəyini vurğuladı.

Görüşdə Azərbaycan ilə ICESCO arasında əməkdaşlığın gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.