Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Siphandon Oybuabuddini qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı səfirin etimadnaməsini Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ötən ay ölkəmizə rəsmi səfərindən sonra təqdim etdiyini vurğuladı. Prezident İlham Əliyev səfərin çox uğurlu olduğunu dedi. Bildirdi ki, münasibətlərimizin dostluq xarakterini nümayiş etdirən bu səfər zamanı ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsi və beynəlxalq təşkilat çərçivəsində əməkdaşlıq ilə bağlı məsələlər müzakirə olundu.

Azərbaycan Prezidenti Bakıda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə Laosun yüksək səviyyədə iştirak etdiyini dedi. Dövlətimizin başçısı AQEM-in beynəlxalq nüfuzunun artdığını vurğuladı, məhz ölkəmizin sədrliyi dövründə Laosun bu təşkilatın tamhüquqlu üzvü olmasının önəmini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın AQEM-ə sədrliyinin daha 2 il uzadılması ilə bağlı qərarın bütün üzv dövlətlər, o cümlədən Laos tərəfindən dəstəklənməsinə görə minnətdarlığını bildirdi, bunu ölkəmizə olan hörmətin nümunəsi kimi qiymətləndirdi.

Dövlətimizin başçısı səfirə diplomatik fəaliyyətində uğurlar arzuladı.

Qəbula görə təşəkkür edən səfir Laos Prezidenti Thonqlun Sisulitin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Laos dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Səfir, həmçinin qeyd etdi ki, Laos Prezidenti Azərbaycana rəsmi səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və xalqımıza bir daha minnətdarlığını bildirir. O, Laos Prezidentinin ölkəsinə rəsmi səfərlə bağlı dəvətini dövlətimizin başçısına çatdırdı.

Səfir fəaliyyəti dövründə əməkdaşlığımızın inkişafı istiqamətində səylə çalışacağını dedi.

Söhbət zamanı əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.