Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

“Qarmon” ixtisası üzrə 5-ci sinif şagirdi Natiq Quliyevin Ordubad Şəhər İncəsənət Məktəbində solo konserti keçirilib

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Culfa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Bənəniyar Kənd Uşaq Musiqi Məktəbinin xalq çalğı alətləri şöbəsinin “Qarmon” ixtisası üzrə 5-ci sinif şagirdi Natiq Quliyevin Ordubad Şəhər İncəsənət Məktəbində solo konserti keçirilib.
Konsert proqramında gənc ifaçı Azərbaycan və xarici bəstəkarların seçilmiş əsərlərini yüksək peşəkarlıqla təqdim edib. İfa zamanı Natiq Quliyev öz istedadı, səhnə mədəniyyəti və musiqiyə olan sevgisi ilə tamaşaçıların böyük rəğbətini qazanıb.
Tədbirdə Culfa Regional Mədəniyyət İdarəsinin müdiri Azər Məmmədov gənc ifaçını təbrik edərək, ona gələcək yaradıcılıq fəaliyyətində yeni nailiyyətlər arzulayıb, eyni zamanda məktəbin bütün kollektivinə uğurlar diləyib. Daha sonra Ordubad Şəhər İncəsənət Məktəbinin direktoru Zülfiyyə Seyidova, Culfa Şəhər İncəsənət Məktəbinin direktoru Sahib Əliyev çıxış edərək bu cür tədbirlərin gənc musiqiçilərin inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb.
Sonda Bənəniyar Kənd Uşaq Musiqi Məktəbinin direktoru Nazil Qulusoy öz minnətdarlığını bildirib. Qeyd edib ki, belə konsertlər gənc istedadların üzə çıxarılmasına və milli musiqi ənənələrimizin yaşadılmasına mühüm töhfə verir.
Qeyd edək ki, konsertdə konsertmeyster Səmənnaz Qurbanova, Nursan Cəfərli, nağarada Rasim Kazımov, zərb alətlərində isə Musa Məmmədli gənc istedadı yüksək peşəkarlıqla müşayiət ediblər.
Tədbirdə iştirak edən musiqisevərlər gənc ifaçının çıxışını alqışlarla qarşılayıblar.